
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası (TŞ) noyabrın 17-də ABŞ Prezidenti
Donald Trampın Qəzza zolağı üzrə irəli sürdüyü sülh planını
dəstəkləyən qətnamə layihəsini səsverməyə çıxarmağı
planlaşdırır.
Trend xəbər verir ki, bunu
təşkilatda Syerra-Leonenin daimi nümayəndəliyinin mətbuat xidməti
açıqlayıb.
Missiyanın bildirdiyinə görə, TŞ-yə noyabr ayında sədrlik edən
Syerra-Leone nümayəndəliyi səsvermənin bazar ertəsi saat 17:00-da
(Bakı vaxtı ilə çərşənbə axşamı 02:00-da) keçiriləcəyini qeyd
edib.

