ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.
APA xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.