“Milan”ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyatdan olunub.
Həkimlərin sözlərinə görə, ön çarpaz bağın yenidən qurulması yolu ilə oynağın qeyri-sabitliyini aradan qaldırmaq üçün cərrahi müdaxiləyə ehtiyac yaranıb.
Klub əməliyyatın yaxşı keçdiyini, lakin 40 yaşlı futbolçunun 7-8 ay meydanlardan kənar qalacağını açıqlayıb.
Qeyd edək ki, oktyabrda 41 yaşı tamam olacaq Zlatanın İtaliya təmsilçisilə müqaviləsi iyunun 30-na kimidir.
Bu mövsüm futbolçu A Seriyasında iştirak etdiyi 23 matçda 8 qol vurub.
Mənbə: sports.ru
www.RIA24.az