ANAMA Ağdərədə mina partlayışı ilə bağlı məlumat yayıb (YENİLƏNİB)

Baş səhifə

Ağdərə. Trend:

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətindən Trend
bildirilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd
kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş
verib.

1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu
minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı
nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma
aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırırb.




14:27

xxx

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Trend-in Qarabağ
bürosunun xəbərinə görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində
baş verib. Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq
Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə
Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma başlanıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir