
Bakı. Trend:
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
Qran-Pridə qızıl medal qazanıb.
Trend xəbər verir
ki, son yarış günündə yığmamız aktivinə iki medal əlavə edib.
+100 kq çəkidə çıxış edən Kənan Nəsibov bütün rəqiblərini məğlub
edərək qızıl medala sahib olub. O, finalda Niderland idmançısı Yur
Spaykersi ipponla üstələyib.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda
görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün gələrək bürünc
medal qazanıb. Daha əvvəl isə Hüseyn Allahyarov (60 kq) bürünc
medala yiyələnmişdi.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan ümumi
komanda hesabında 48 ölkə arasında beşinci, kişilərin mübarizəsində
isə dördüncü yeri tutub.

