Azərbaycan millisi Bakıda məğlub oldu – YENİLƏNİB

Baş səhifə

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.

Modern.az xəbər verir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.

***

21:35

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan – Fransa matçında hesab bərabərləşib.

Modern.az xəbər verir ki, Fransa millisinin heyətində 17-ci dəqiqədə Mateta fərqlənib.

***

21:19

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan – Fransa matçında qonaqlar hesabda irəli çıxıblar.

Modern.az xəbər verir ki, Fransa millisinin heyətində ikinci qolu 30-cu dəqiqədə Akliuş vurub.

***

21:07

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan – Fransa matçında hesab açılıb.

Modern.az xəbər verir ki, millimiz oyunun ilk dəqiqələrində hesabı açıb.

İlk qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.

***

21:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan – Fransa oyunu başlayıb.

Modern.az xəbər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir