
Naxçıvana səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İranla sərhəd ərazilərə də baş çəkib.
Bu barədə diplomat “Twitter” hesabında paylaşım edib.
“Salam, İran” yazan səfir həmçinin paylaşımına Araz çayının sahilindən qarşı tərəfin mənzərəsini əks etdirən fotonu da əlavə edib.
Qeyd edək ki, britaniyalı diplomat dünənki paylaşımında Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdi.