İŞİD-in yeni lideri Əbu Həsən əl-Qureyşinin İstanbulda ələ keçirildiyi iddia edilib.
“Odatv”dən Toygun Atillanın verdiyi xəbərə görə, İŞİD liderinin qaldığı ev nəzarətə götürülüb. Əməliyyata şəxsən İstanbulun polis rəisi Zəfər Aktaş rəhbərlik edib.
Əbu Həsən əl-Qureyşi həm Terrorla Mübarizə, həm də Milli Kəşfiyyat Təşkilatından olan ekspertlər qrupu tərəfindən sorğu-sual edilib.
İddialara görə, yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD liderinin ələ keçirilməsinin təfərrüatlarını açıqlayacağı bildirilir.
Mənbə: Onedio.com
www.RIA24.az