
Bakı. Trend:
“Tesla”nın rəhbəri İlon Mask “Windows” əməliyyat sisteminə (ƏS)
yönələn tənqidlərə qoşulub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Media nümayəndələri bildiriblər ki, 14 noyabrda sosial
şəbəkələrdə məşhur blogerlərin iştirakı ilə “Windows”un süni
intellektin (Sİ) yeni funksiyalarını təqdim edən reklam
yayımlanıb.
“Microsoft”un reklam çarxları bir çox istifadəçi tərəfindən
mənfi qarşılanıb və tənqid olunub, onları tənqid edənlər arasında
“Tesla” və “SpaceX” kimi texnologiya nəhənglərinin rəhbəri İlon
Mask da yer alır.
İlk reaksiya verənlərdən biri “Fortnite” oyununu hazırlayan
“Epic Games” şirkətinin rəhbəri Tim Suinni olub. O, “Microsoft”dan
tapşırıq panelini “Windows 10”da olduğu kimi yenidən vertikal
yerləşdirməyə imkan verməyi və hesab yaratma tələbinin ləğv
edilməsini istəyib.
İlon Mask da tənqidlə razılaşaraq xüsusilə hesab yaradılmasını
və iradın doğru olduğunu bildirib.

