FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Baş səhifə

Taekvondo üzrə Azərbaycan yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun üzvü Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə əldə edib.

FHN-dən APA-ya verilən xəbərə görə, taekvondo üzrə yarışlarda 60kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala yiyələnməyi bacarıb.

Qeyd edək ki, Q.Maqomedov bu ilin oktyabr ayında keçirilən taekvondo üzrə dünya çempionatında bürünc və 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında gümüş medalın sahibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir