
Bakı. Trend:
Şəkərdən tam imtina insan sağlamlığına fayda verməkdən daha çox,
ciddi zərər vura bilər.
Trend xəbər verir
ki, bunu qastroenteroloq Megan Rossi Britaniya nəşrinə
müsahibəsində bildirib.
Rossinin sözlərinə görə, şəkəri, o cümlədən onun
alternativlərini (meyvə-tərəvəzi, və s.) tamamilə rasiondan
çıxarmaq heç də asan deyil.
“Bunların hamısını menyudan çıxarmaq təhlükəlidir, çünki bu,
avitaminoza, antioksidant çatışmazlığına, metabolizmin və psixi
sağlamlığın pozulmasına səbəb ola bilər”,- həkim xəbərdarlıq
edib.
Mütəxəssis qeyd edib ki, şirniyyat və desertlərdəki şəkər təbii
məhsullardakı şəkər qədər təhlükəlidir.
Onun sözlərinə görə, şəkər az miqdarda zərərsizdir, lakin artıq
istifadə olunduqda piylənmənin və onunla bağlı digər sağlamlıq
problemlərinin inkişafına səbəb olur.

