Rusiya onu Azərbaycana təhvil verdi

Baş səhifə

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Əkbər Tariyel oğlu Xəlilovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir