
Bakı. Trend:
Türkiyənin Gürcüstanda qəzaya uğrayan “C-130” təyyarəsinin “qara
qutu”sunun oxunması iki ay vaxt aparacaq.
Trend xəbər verir ki, bu
barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2
ay çəkir.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan
27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya
uğrayıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri
daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

