
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı heç bir addım
seçimini, o cümlədən quru əməliyyatının həyata keçirilməsini
istisna etmədiyini deyib.
Trend xəbər verir ki, Tramp
bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən
bildirib.
“Mən heç nəyi istisna etmirəm, sadəcə Venesuela məsələsini həll
etməliyik”, – deyə o bildirib.

