Orta Dəhlizin inkişafı Cənubi Qafqazda ticarət və investisiyalar üçün yeni imkanlar açır – Con Herbst

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropaya birləşdirən
Orta Dəhliz ticarət, investisiya imkanlarını artırmaq və regional
sabitliyi gücləndirmək üçün yeni perspektivlər açır.

Trend xəbər verir
ki, bunu bu gün ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri,
“Atlantic Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst
Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Herbst qeyd edib ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında
sülh prosesində iştirakı bu strateji nəqliyyat marşrutunun həyata
keçirilməsini irəlilətməyə imkan verib.




“Orta Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və regional
tərəfdaşlar üçün ticarət və investisiyanın hərəkətverici qüvvəsi
ola bilər”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin Dəhlizin həyata keçirilməsinə
nəzarəti marşrutun təhlükəsiz və sabit fəaliyyət göstərməsi üçün
şərait yaradır ki, bu da regionda iqtisadi və nəqliyyat əməkdaşlığı
üçün uzunmüddətli perspektivlər açır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir