Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar – FOTO

Siyasət

Şuşada keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə tanış olublar.

“Report”un müxbiri xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan aparıcı ekspertlər Füzuli rayonunun Əhmədbəyli kəndi ilə Şuşa arasında salınan avtomobil yolunun minalardan təmizlənməsi işi ilə tanış olublar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Qabil Babayev qonaqları ərazidə aparılan işlərin gedişatı ilə bağlı məlumatlandırıb.

Onun sözlərinə görə, ərazi minalarla xeyli çirkləndirilib. Erməni işğalı dövründə yaxınlıqda düşmənin səngərləri yerləşib, səngərlərin ətrafında minalar basdırılıb. ANAMA nümayəndəsi ərazinin ilk km-lərinin təmizlənməsi zamanı istehkamçılar tərəfindən 9 mina zonası aşkar edilib və zərərsizləşdirilib. Hazırda ərazinin 2-ci kilometrinin təmizlənməsi həyata keçirilir. Burada 5 mina zolağı aşkar edilib.

“Aşkar edilmiş minaların sayı onların nizamsız basdırıldığından xəbər verir. Ermənistan bu ərazinin mina xəritəsini təqdim etsə də, yanlışlıqların çox olması bu xəritələri faydasız edir”, – Qabil Babayev vurğulayıb.

ANAMA nümayəndəsinin sözlərinə görə, minatəmizləmə əllə həyata keçirilir, həmçinin işə xüsusi təlim keçmiş itlər cəlb edilir.

Daha sonra ekspertlər ərazidə aşkar edilmiş minaların və hərbi sursatların nümunələri ilə tanış olmaq, həmçinin onların partlayış üsulu ilə zərərsizləşdirilməsi prosesini müşahidə etmək imkanı əldə ediblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir