“Barselona” braziliyalı hücumçu üçün təklif göndərib

Baş səhifə

Bakı. Trend:

“Vasko da Qama”nın futbolçusu Rayan karyerasını İspaniya La
Liqasında davam etdirə bilər.

Trend xəbər
verir ki, “Barselona” braziliyalı vingeri transfer etmək istəyir.
Bu barədə insayder Ekrem Konur məlumat yayıb.




İspaniya çempionu Rayan üçün Braziliya klubuna təklif göndərib. “Barselona” 19 yaşlı “sambaçı” üçün 25-30 milyon avro ödəməyə
hazırdır. Klubun idman direkoru Deku gənc oyunçunu gələcək
investisiya kimi görür.

Qeyd edək ki, Rayan “Vasko da Qama”nın yetirməsidir. Braziliya
U-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində
meydana çıxdığı 49 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə
yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin 31 dekabr
tarixinə kimi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir