13 yaşlı oğlan bərkdən danışdığı üçün avtobusda ölümcül döyüldü – FOTO/VİDEO

Dünya

Rusiyanın Ulyanovsk şəhərində dəhşətli hadisə qeydə alınıb. Belə ki, 13 yaşlı uşaq tramvayda üç kişi tərəfindən döyüldükdən sonra ölüb.

Hadisənin səbəbi kimi uşağın ictimai nəqliyyatda dostları ilə bərkdən danışması və arada söyüşlü ifadələr işlətməsi olub. Yaşlılardan biri uşağı məzəmmət etdikdən sonra ona şillə vurub. Daha iki kişinin tərəfini saxlayaraq yeniyetməni döyüblər. Sonda onlardan biri uşağı itələyib. Gicgahından zərbə alan uşaq huşunu itirib.

Yeniyetmə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məktəblinin dostları isə deyirlər ki, onlar söyüş söyməyiblər, sadəcə olaraq ucadan danışıblar. Bu isə yaşlı nəslin xoşuna gəlməyib.

Yeniyetmə ailənin yeganə övladı idi, davada və qalmaqallarda adı hallanmayıb.

Mənbə: 360 TV

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir