İstanbulda silahlı şəxs havaya atəş açıb – VİDEO

Dünya

İstanbulun Esenyurt səmtinin Zafer Məhəlləsində narkotikin təsiri altında olan şəxs təsadüfən havaya atəş açıb. Atəş səsini eşidən vətəndaşlar təşviş içində qaçmağa başlayıb. Təsadüfən hadisə yerində olan polis qrupları dərhal müdaxilə edərək şəxsi saxlayıb. Həmin anlar kameraya düşüb.

Silahı əlindən alındıqdan sonra yerə uzadılan şəxs əlinə qandal taxılaraq təsirsiz hala gətirilib və polis bölməsinə aparılıb.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir