AzTV-də ilk dəfə çoxseriyalı layihə – “Dirilən adam” serialı yayımlanacaq – VİDEO

Baş səhifə

Tezliklə AzTV-də yayımlanacaq “Dirilən Adam” serialı Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb.

Bu barədə APA-ya AzTV-dən məlumat verilib.

Serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır.

Serialın baş rollarında Əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov, aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.

Serialın asenari müəllifləri Pərviz Seyidli, Jalə Novruz, Kamal Hüseynli, quruluşçu rejissoru isə Bəhram Yaqublu, quruluşçu operatoru Aqşin Rzayev, operatoru Əmrah Mərdanovdur. Aktyorla iş üzrə rejissor isə Tural Baxışdır.

Prodüserlər Nicat Həsənli, Nərmin Xankişiyeva, bəstəkar Vüqar Məmmədli, rəssamlar İlqar Qurbanov, Ayxan Zərgərov, direktor isə Həmid Əsədzadədir.

Serialın layihə rəhbərləri: Həmid Əsədzadə, Şövkət Məhərrəmovadır.

Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. İlk bölüm 1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-da Azərbaycan Televiziyasında yayımlanacaq.

Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir