Diabet riskini azaltmağın yeni metodu məlum olub

Baş səhifə

Bakı. Trend:

Apikal periodontitin – diş köklərində xroniki iltihabın aradan
qaldırılması metabolik xəstəliklərə, o cümlədən diabetə tutulma
riskini potensial olaraq azaldır.

Trend xarici KİV-ə
istinadən xəbər ki, elmi tədqiqatın nəticələrin “Journal of
Translational Medicine” (JTM) nəşrində dərc olunub.




İki il ərzində alimlər 65 iştirakçının sağlamlıq vəziyyətini
izləyiblər. Könüllülərin qan nümunələri müntəzəm olaraq nüvə maqnit
spektroskopiyası vasitəsilə müayinə olunub. Diş kanallarının
müalicəsindən üç ay sonra xəstələrdə iltihab markerlərinin və
metabolizm pozğunluqları ilə əlaqəli amin turşularının səviyyəsində
azalma müşahidə olunub.

İki il sonra isə qlükoza və lipid göstəriciləri əhəmiyyətli
dərəcədə yaxşılaşıb, bu da metabolik balansın tədricən bərpa
olunmasına işarə edir. Həmçinin iştirakçılarda qanda piruvat
(turşu) səviyyəsi normallaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir