
ABŞ Ukraynadakı münaqişənin tənzimlənməsinə dair hazırladığı iddia edilən yeni plan haqqında Almaniya hökumətinə məlumat verməyib.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful mətbuat konfransında bildirib.
“Xeyr, bu məsələ ilə bağlı bizə heç bir məlumat verilməyib”, – nazir deyib.
Bununla yanaşı, Vadeful beynəlxalq tərəfdaşların münaqişənin həlli üçün davam edən səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

