Opera və Balet Teatrının binasının damında XIX əsrin sonlarına aid orijinal cizgilər üzrə hazırlanmış iki yeni günbəz quraşdırılıb.
Bu barədə memar Elçin Əliyev məlumat paylaşıb.
O bildirib ki, günbəzlər bir neçə ildən sonra bakılılara tanış olan tünd-yaşıl rəng alacaq mis təbəqələrlə örtülüb:
“Tarixi binada bərpa işləri davam edir: fasadlar bərpa olunur, dam örtüyü tamamilə təmir olunub, taxta pəncərə və qapılar dəyişdirilir. Teatr mövsümü başa çatdıqdan sonra isə binanın interyerlərində işlərə başlanılacaq. Gələn il işlər tam yekunlaşacaq”.




www.RIA24.az