
Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə
Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə
Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın
inkişafını müzakirə ediblər.
Trend xəbər verir
ki, bu barədə nazir rəsmi “X” səhifəsində paylaşım edib.
“İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə
Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının
həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.
Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli
iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının
potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”,-
paylaşımda qeyd olunub.

