Finlandiya XİN başçısı: ABŞ-ın sülh planı sanki Moskvada yazılıb

Baş səhifə

ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə onda elə bil o Moskvada yazılıb.

APA xəbər verir ki, bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen “Yle” bildirib.

Nazir ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi iddia edilən sülh planının qərb KİV-də təqdim olunan müddüalarını sərt şəkildə tənqid edib.

Elina Valtonen bildirib ki, əgər ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, bu cür şərtlər nə Ukrayna, nə də onun Avropadakı tərəfdaşları üçün qəbuledilməzdir.

“Bu plan elə görünür ki, sanki Moskvada yazılıb. Onlar BMT Nizamnaməsini açıq şəkildə ‘kənara atır’”, — Valtonen vurğulayıb.

“Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik. Və biz artıq dörd ildir ki, bu məqsədə nail olmaq üçün çalışırıq”, — o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir