
Bakı. Trend:
Vyetnamın mərkəzi bölgəsində yağan güclü yağışlar, eləcə də
onların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 41
nəfər həlak olub, daha 9 nəfər isə itkin düşmüş hesab olunur.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 52 000-dən çox ev su altında qalıb. Bundan başqa
30 700-dən çox heyvan və quş seldə itib.
21:07
xxx
Vyetnamın mərkəzi bölgəsində yağan güclü yağışlar, eləcə də
onların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində
azı 26 nəfər həlak olub, daha 9 nəfər isə itkin düşmüş hesab
olunur.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, təbii fəlakət 16–20 noyabr tarixləri arasında
insan itkisi və dağıntı baxımından ən çox Daklak və Xanxoа
əyalətlərinə ziyan vurub.
15:48
xxx
Vyetnamın mərkəzi bölgəsində leysan yağışlaırn səbəb olduğu
daşqınlar və torpaq sürüşmələrindən bir həftə ərzində ölənlərin
sayı 16 nəfərə çatıb.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, çaylarda su səviyyəsi qalxdığından ətraf kənd və
qəsəbələr su altında qalıb. Son üç gündə Vyetnamın bəzi mərkəzi
rayonlarına düşən yağıntının səviyyəsi 1500 millimetri keçir.
Sellər və torpaq sürüşmələri nəticəsində beş nəfər itkin düşüb,
hökumətin fövqəladə hallar üzrə idarəetmə agentliyinin hesabatına
görə 43 000-dən çox ev və 10 000 hektardan artıq əkin sahəsi su
altında qalıb.
Hökumətin məlumatına əsasən, elektrik şəbəkələrinin zədələnməsi
səbəbindən 553 000-dən çox ailə və biznes hələ də işıqsız
qalır.

