“Fənərbağça”nın futbolçusu məhkəməyə verildi

Baş səhifə

Bakı. Trend:

“Warner Bros” film və teleserial istehsalı şirkəti
“Fənərbağça”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlunu məhkəməyə
verib.

Trend “Habertürk”ə istinadən xəbər verir ki, Hollivud şirkəti futbolçuya
sehrbaz Harri Potter haqqında filmlər seriyasından vizual və audio
elementlərdən icazəsiz istifadə etdiyinə görə iddia qaldırıb. İddia
İstanbul Mülki Məhkəməsinə təqdim olunub və ona Aktürkoğlunun
sosial şəbəkə paylaşımlarından nümunələr əlavə edilib.




Futbolçu qollarını qeyd edərkən özünü Harri Potter filmlərindəki
kimi sehr çubuğu ilə sehrbaz kimi təsvir edir. İddiada göstərilir
ki, Aktürkoğlu paylaşımlarında bu əmtəə nişanlarına birbaşa
istinadlar edib. Məsələn, “Fənərbağça” futbolçusu paylaşımlarında
filmlərdəki Bukli adlı bayquşun musiqi temasından istifadə
edib.

Şirkət qeyd edib ki, Aktürkoğlu bu obrazlardan icazəsiz istifadə
etməklə müəlliflik hüquqlarını pozub. Şirkət məhkəmədən futbolçunun
İnstagram və X-dəki paylaşımlarının ekspertizadan keçirilməsini
tələb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir