
Bakı. Trend:
Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Fernandinyu
peşəkar futbolçu karyerasını başa vurub.
Trend xəbər verir ki, 40
yaşlı yarımmüdafiəçi ötən gün Kuritibada keçirilən xeyriyyə
matçından sonra qərarını açıqlayıb:
“Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqədən bir qədər çox
qaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edə
biləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nail
olmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdan
zövq almağın vaxtıdır”.
Qeyd edək ki, Fernandinyo karyerası ərzində “Atletiko
Paranaense”, “Şaxtyor” və “Mançester Siti”də çıxış edib. Təcrüəbli
oyunçu Braziliya yığmasının heyətində meydana çıxdığı 53 oyunda 2
qol vurub.

