
“Media Excellence Center” D-8 ölkələri arasında media əməkdaşlığını birləşdirmək və gücləndirmək, regional və qlobal məsələlərdə koordinasiyalı bir səsin formalaşmasını təmin etmək üçün zəruridir.
APA xəbər verir ki, bunu Media İnkişaf Agentliyinin departament direktoru Rasim Bağırov “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, “Media Excellence Center” D-8-in qlobal təsirini artıracaq, həmçinin peşəkar potensialın artırılmasına kömək edəcək, region üzrə məsuliyyətli və innovativ media təcrübələrini təşviq edəcək, dezinformasiyanın qarşısını alacaq.
“Mərkəz D-8 üzv dövlətləri arasında koordinasiyalı media əməkdaşlığını gücləndirəcək və onların kollektiv səsini daha da güclü şəkildə çatdıracaq, mədəni mübadiləni və inklüziv dialoqu artıracaq, bacarıqların inkişafı, ən yaxşı təcrübələrin bölüşdürülməsi və məsuliyyətli jurnalistika üçün vahid platformanın olmaması problemini aradan qaldıracaq. Həm də dezinformasiya, süni intellekt kimi yeni texnologiyalar və rəqəmsal dövrdə məsuliyyətli medianı təşviq edəcək”, – Rasim Bağırov bildirib.

