Azərbaycanın qara metal idxal və ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 76,2 milyon ABŞ
dolları dəyərində 74,1 min ton qara metallar və onlardan hazırlanan
məmulatlar ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məmulatların ixracı ötən ilin eyni
dövrü ilə müqayisədə dəyər ifadəsində 631 min ABŞ dolları və ya
0,8%, həcm baxımından isə 10,2 min ton və yaxud 12,1% azalıb.




Hesabat dövründə qara metallar və onlardan hazırlanan
məmulatların ümumi ixracda xüsusi çəkisi 0,35%, qeyri-neft sektoru
üzrə xüsusi çəkisi isə 2,55% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk 10 ayında Azərbaycana 923,8 milyon
ABŞ dolları dəyərində 768,2 min ton qara metallar və onlardan
hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 54,4 milyon
ABŞ dolları və ya 5,6%, həcm baxımından isə 85,8 min ton və ya 10%
azalma deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir