Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası regionda sülh baxımından vacib şərtdir”

Siyasət

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Cənubi Qafqazda sülh baxımından vacib şərtdir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.

“Var güclə bu istiqamətdə hərəkət etmək lazımdır”, – deyə o əlavə edib.

Politoloq hər iki tərəfi dövlətlərarası münasibətləri bərpa etməyə çağırıb.

Politoloqun fikrincə, Ermənistan ictimaiyyətinin böyük hissəsi müharibəyə qarşıdır və həm Türkiyə, həm də Azərbaycan ilə sülh olmasını arzu edir:

“Ermənistan prezidenti də bu yaxınlarda bildirmişdi ki, ən qısa zamanda sərhədin delimitasiyasına başlamaq lazımdır. Aydındır ki, namizədliyi partiya və parlament çoxluğu tərəfindən irəli sürülmüş biri kimi manevr etmək məcburiyyətindədir. Görürük ki, Rusiya, ABŞ və Fransadakı erməni diasporunun deyil, məhz erməni xalqının iradəsi Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağa can atmaqda özünü göstərir. Onlar oliqarxların maraqları üçün ölmək istəmirlər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir