Messi karyerasında 1300 məhsuldar hərək edən ilk futbolçu olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu
Lionel Messi karyerasında 1300 məhsuldar hərəkət edən ilk futbolçu
olub.

Trend-in
məlumatına görə, o, bu nailiyyətə Əsas Futbol Liqasının (MLS)
dörddəbir final pley-off matçında Sinsinnatiyə qarşı (4:0) bir qol
vurmaqla və üç məhsuldar ötürmə etməklə çatıb.




Argentinalı futbolçu karyerasında 896 qol vurub və 404 məhsuldar
ötürmə edib. O, “Barselona”da 941, “İnter Mayami”də 117, “Pari
Sen-Jermen”də 66 və Argentina millisində 176 qol vurub. Buna nail
olmaq üçün ona 1135 oyun lazım olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir