
Bakı. Trend:
Rusiyada Moskvanın Şermetyevo hava limanında hava gəmilərinin
qəbulu və göndərişinə qoyulmuş məhdudiyyətlər aradan
qaldırılıb.
Trend xəbər verir
ki, bunu Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi
nümayəndəsi Artyom Korenyako öz “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, öncə qəbul olunmuş məhdudiyyətlər hava
gəmilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul
olunmuşdu.
Qeyd edilir ki, daha əvvəl Moskvanın meri Sergey Sobyanin, hava
hücumlarından müdafiə qüvvələrinin paytaxta yaxınlaşan pilotsuz
uçuş aparatlarının zərərsizləşdirildiyini bildirmişdi.

