Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb
Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi
əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində
Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum təşkil
olunub.

Trend xəbər verir
ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayə
və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə
keçirilən biznes forumda ümumilikdə 20-dən çox şirkətin
nümayəndələri iştirak ediblər.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və
nəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkə
arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin
artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına
əminliyini vurğulayıb. Nazir Rəşad Nəbiyev, həmçinin Azərbaycanın
yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən
güzəşt və imtiyazlar barədə məlumat verib, Azərbaycanın rəqəmsal
məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə
çatdırıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – Misir Biznes Şurasının
fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət
əlaqələrinin inkişafına öz töhfəsini verə bilər.

Biznes forum çərçivəsində iki ölkədəki investisiya imkanları,
Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və
texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat
verilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu
imkanlarını nəzərdən keçirmək təklif olunub.

Tədbir B2B formatında görüşlərlə davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir