
Bakı. Trend:
İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.
Trend xəbər verir
ki, “Mançester Yunayted” ev oyununda “Everton”u qəbul edib.
Qarşılaşma qonaqlar üçün çətin başlayıb, lakin “Everton” 13-cü
dəqiqədə qırmızı vərəqə ilə azlıqda qalsa da, matçı 1:0 hesabı ilə
qələbə ilə başa vurub.
Matçın yeganə qolunu 29-cu dəqiqədə “Everton”un futbolçusu
Kirnan Dyuzberi Holl vurub.
Hazırda hər iki komandanın xalı 18-dir. “Mançester Yunayted”
turnir cədvəlində 10-cu, “Everton” isə 11-ci pillədə
qərarlaşıb.

