Rəsul Çunayevdən Azərbaycanı tərk etməsi ilə bağlı AÇIQLAMA – VİDEO

İdman

Son günlər yunan-Roma güləşçisi Rəsul Çunayevin Azərbaycanı tərk edəcəyi barədə məlumat yayılıb.

İdmançı bu iddialara öz sosial şəbəkə hesabında aydınlıq gətirib.

O bildirib ki, yayılan məlumatlar dezinformasiyadır.

“Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın” – deyə, o məlumat verib.

www.RIA24.az

Spread the love