
Lənkəranda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində 29 yaşlı Zahid Abbaszadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil əvvəlcə qaz borusuna, daha sonra yol kənarında dayanan Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü və onun sərnişini olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

