Ralf Ranqnik Avstriya yığmasının baş məşqçisi kimi yeni vəzifəsinə qoyulan tələblərə görə “Mançester Yunayted”də məsləhətçi kimi qalmayacağını açıqlayıb.
O, bu barədə bazar günü keçirdiyi mətbuat konfransında bildirib.
Artıq İngiltərə klubu da məsələyə münasibətini bildirib.
“Biz Ralf Ranqnikə son altı ayda müvəqqəti baş məşqçi kimi göstərdiyi səylərə görə təşəkkür etmək istərdik. Qarşılıqlı razılaşmaya əsasən, Ralf indi diqqətini yalnız Avstriya millisinin baş məşqçisi kimi yeni vəzifəsinə yönəldəcək və buna görə də “Old Trafford”da məsləhətçi vəzifəsini tutmayacaq. Biz Ralfa karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq”, – deyə klubdan verilən açıqlamada qeyd edilib.
Mənbə: manutd.com
www.RIA24.az