Çempionlar Liqası 2022/23: İlk iki səbətdəki komandalar bəlli oldu

İdman

Növbəti mövsüm üçün Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında ilk iki səbətə düşəcək bütün komandalar müəyyənləşib.

Turnirin finalında “Real”a uduzan (0:1) “Liverpul” birinci səbətə düşmək imkanını itirib. Onun yerini “Ayaks” tutacaq.

İlk iki səbətin tam tərkibi aşağıdakı kimidir:

1-ci səbət: “Real” (Madrid), “Ayntraxt” (Frankfurt), “Mançester Siti”, “Milan”, “Bayern” (Münhen), PSJ , “Porto” və “Ayaks”.

2-ci səbət: “Liverpul”, “Çelsi”, “Barselona”, “Yuventus”, “Atletiko”, “Seviliya”, “Leypsiq” və “Tottenham”.

Bununla yanaşı, “Borusiya” (Dortmund), “Zalsburq”, “Şaxtyor”, “İnter”, “Napoli”, “Sportinq” və “Bayer”in (Leverkusen) 3-cü, “Bruqqe” və “Seltik”in isə 4-cü səbərtə yer aldığı məlumdur.

Mənbə: sports.ru

www.RIA24.az

Spread the love