İspaniyalı tennisçi Rafael Nadal “Rolan Qarros”un 1/4 finalında serb Novak Cokoviçlə qarşılaşmanın karyerasında sonuncu olacağını istisna etməyib.
35 yaşlı idmançı bu açıqlamanı bazar ertəsi kanadalı Feliks Oje-Alyassimo ilə keçirdiyi oyundan sonra verib.
“Mən “Rolan Qarros”un 1/4 finalındayam və burada yenidən oynamaqdan həzz alıram. İndi vəziyyət elədir ki, növbəti oyunun karyeramda sonuncu olub-olmayacağını bilmirəm”, – deyə R.Nadal vurğulayıb.
Qeyd edək ki, R.Nadal daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, ayağından aldığı zədə səbəbindən karyerasını yaxın vaxtlarda bitirə bilər.
www.RIA24.az