KOBİA-nın sədri: “Azərbaycan dilində kitab tapmaq ciddi problem kimi qalır”

İqtisadiyyat

“Təhsil haqqında” qanuna əsasən, təhsil müəssisələrinin qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti ilə yanaşı, digər mənbələrdən gəlir əldə etmək hüquqları müəyyənləşdirilib”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Qanunun 38-ci maddəsinə əsasən, təhsil müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. 

Qanuna əsasən, təhsil müəssisələrinin əlavə maliyyə vəsaitləri əldə etməsi baxımından müasir dövrdə mühüm iqtisadi əhəmiyyət kəsb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası da müəyyənləşdirilib. Bu sahəyə əlavə dəstək kimi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi informasiya vasitələri məhsullarının və müvafiq siyahı ilə müəyyən edilən nəşr və materialların idxalı və satışı əlavə dəyər vergisindən azad edilir. Azərbaycan dilində lazımi kitabların tapılması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalmaqdadır. Əminəm ki, bu qərar özəl təhsil müəssisələrinin kitabxana fondunu genişləndirməyə, xərclərin azaldılmasına müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir