UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün rəmzi komandası açıqlanıb.
Rəmzi heyətdə bu mövsümün finalına yüksələn “Liverpul” və “Real”dan (Madrid) hərəyə dörd futbolçu düşüb.
“Çelsi”, “Mançester Siti” və PSJ-dən isə hərəyə bir futbolçu rəmzi yığmada yer alıb.
Beləliklə, Çempionlar Liqasında mövsümün rəmzi komandası:
Qapıçı: Tibo Kurtua (“Real”)
Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Trent Aleksandr-Arnold (hamısı “Liverpul”), Antonio Rüdiger (“Çelsi”)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Fabinyo (“Liverpul”), Kevin de Brüyne (“Mançester Siti”)
Hücumçular: Vinisius Junior, Kərim Benzema (ikisi də “Real”), Kilian Mbappe (PSJ)
Mənbə: uefa.com
www.RIA24.az