AYİB Türkiyədə KOB-a dəstək məqsədilə türk bankına kredit ayıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə kiçik və
orta biznesə dəstəyi genişləndirmək, o cümlədən inklüziv artım və
rəqəmsal investisiyaları inkişaf etdirmək məqsədilə “Akbank”a 130
milyon ABŞ dolları (112,4 milyon avro) məbləğində maliyyələşmə
təqdim edib.

Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.




Məlumata görə, maliyyələşmə paketi AYİB-in üç proqramı üzrə
dəstəyi əhatə edir:

  • “Türkiye Women in Business II” proqramı çərçivəsində qadınların
    rəhbərlik etdiyi KOB-ların kreditləşdirilməsi üçün 70 milyon ABŞ
    dollarınadək (60,5 milyon avro) kredit;
  • Türkiyədə “Youth in Business” proqramı üzrə gənclərə məxsus
    KOB-ların maliyyələşdirilməsi üçün 50 milyon ABŞ dollarınadək (43,2
    milyon avro) kredit;
  • “Türkiye Digital Transformation Financing Facility”
    çərçivəsində Türkiyənin istehsal sahəsində fəaliyyət göstərən
    KOB-ların rəqəmsal transformasiya üzrə investisiyalarını
    dəstəkləmək məqsədilə 10 milyon ABŞ dolları (8,6 milyon avro)
    məbləğində kredit.

“Müqavilə Avropa İttifaqının EFSD+ çərçivəsində “Growth4All”
zəmanəti vasitəsilə ilkin itkilərin qarşılanması, eləcə də
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Türkiyə Kiçik və
Orta Biznesin İnkişafı Təşkilatı (KOSGEB) və Kredit Zəmanət Fondu
(KGF) vasitəsilə dəstəklənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir