Bakıda ötən ay yeni tikili mənzillərin qiymətləri necə dəyişib?

Baş səhifə

Bakı.Trend:

Cari ilin noyabr ayında Bakının bütün rayonlarında yeni tikili
mənzillərin qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə artım
müşahidə edilib.

Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, ən yüksək bahalaşma və qiymət səviyyəsi Nəsimi
rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda yeni tikili mənzilin
qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % artıb. Bu rayon
üzrə yeni tikili mənzilin 1 kv.metrinin satış qiyməti 3670 manat
təşkil edir.




Yasamal, Nərimanov, Xətai, Səbail rayonlarında da mənzil
bazarındakı qiymətlərdə artım müşahidə edilib. Yasamal rayonunda
yeni tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə
21,7%(1kv.metr 2961manat), Nərimanov rayonunda 22,2 % (1kv.metr
3888 manat), Xətai rayonunda 19,3 %(1kv.metr 3034 manat), Səbail
rayonunda isə 18,4%(1kv.metr 3830manat) artım müşahidə edilib.

Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satış
qiyməti 2765 manat(16,5% artım), Binəqədi rayonunda 2722 manat(10,1
%artım), Suraxanı rayonunda 2132 manat (10,3% artım), Sabunçu
rayonunda 2622 manat (12,1% artım), Qaradağ rayonunda 1739 manat
(8,7% artım), Pirallahı rayonunda 1396 manat(7,8% artım), Xəzər
rayonunda 2296 manat (7,8% artım) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir