İlin ən yaxşı futbol klubu mükafatına namizədlər məlum olub

Baş səhifə

“Globe Soccer” “İlin ən yaxşı klubu” mükafatına namizədlərin final siyahısı məlum olub.

Apasport.az xəbər verir ki, siyahıda 8 klub yer alıb.

“Əl Əhli” (Qahirə, Misir), “Barselona” (Barselona, ​​İspaniya), “Bavariya” (Münhen, Almaniya), “Çelsi” (London, İngiltərə), “Flamenqo” (Rio de Janeyro, Braziliya), “Liverpul” (Liverpul, İngiltərə), PSJ (Paris, Fransa) və “Sportinq” (Lissabon, Portuqaliya) namizədlər arasındadır.

Ötən ilin ən yaxşı klubu seçilən “Real” ilkin siyahıda da yox idi.

Qeyd edək ki, sayca 16-cı “Globe Soccer” mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir