Məşhur rusiyalı aktrisa eyvandan Ukrayna bayrağını asdı

Dünya

Məşhur rusiyalı aktrisa Oksana Fandera eyvanından Ukrayna bayrağını asıb. O, bu hərəkəti ilə doğulduğu Ukrayna ilə həmrəy olduğunu ifadə edib.

Fandera Rusiyanın Ukraynaya müdaxiləsindən dörd ay sonra eyvanından asdığı ​​böyük Ukrayna bayrağının fotosunu paylaşıb.

Şəklin təsvirində o, doğma şəhərinə həsr etdiyi şeirdən bir parça sitat gətirib. Fandera bu barədə “Telegram” kanalında məlumat yayıb.

Şəkli isə qısaca “Anama – O şəhərə” kimi şərh edib.

Ötən gün rusiyalı aktrisa öz bloqunda qeyd edib ki, azadlıq verilən bir şey deyil, əlindən alınmasının mümkün olmadığı bir şeydir.

Qeyd edək ki, Oksana Fandera Odessada doğulub. O, 14 yaşında Moskvaya köçüb, orada oxuyub və karyerasını orada qurub.

Mənbə: Unian.net

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir