Bu gün milli komandaların iştirakı ilə Avropa və Afrika qitələrində bir neçə oyun keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, Rusiyanın işğalı ilə əlaqədar oyunu təxirə salınmış Ukrayna dünya çempionatına çıxmaq üçün yarımfinalda Şotlandiyanın qonağı olacaq.
Həmçinin bu gün UEFA Millətlər Liqasının A divizionunda Polşa Uelsi qəbul edəcək.
Bu gün maraqla gözlənilən qarşılaşma isə son Avropa çempionu İtaliya ilə Cənubi Amerika çempionu Argentina arasında olacaq. Üçüncü dəfə keçiriləcək (1985 və 1993-cü illərdə bu iki qitənin qalibləri UEFA-nın mərhum italyan prezidenti Artemio Frankinin adını daşıyan turnirdə üz-üzə gəliblər – S.M.) və italyanca “Finalissima” adlandırılan bu oyunda dünyanın ən güclü millisinin adı müəyyənləşdirilməyə çalışılacaq. Matç Londondakı məşhur “Uembli” stadionunda baş tutacaq. Belə yarışın keçirilməsi təşəbbüsü FIFA-nın 15 mart 2019-cu ildə Konfederasiyalar Kubokunu ləğv etməsi ilə bağlı açıqlamasından sonra yaranıb.
Həmçinin Afrikada Millətlər Kubokunun üç təsnifat oyunu keçiriləcək.
Dünya çempionatının seçmə oyunu
22:45 Şotlandiya – Ukrayna
UEFA Millətlər Liqası – A divizionu
20:00 Polşa – Uels
Finalissima
22:45 İtaliya – Argentina
Afrika Millətlər Kubokunun seçmə oyunları
20:00 Anqola – Mərkəzi Afrika Respublikası
20:00 Liviya – Botsvana
23:00 Qana – Madaqaskar
Səbuhi Musa
www.RIA24.az