Şuşa şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası başlayıb (FOTO)

Baş səhifə

Şuşa. Trend:

Şuşa şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti
iclası başlayıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu gün Şuşa şəhərində işğaldan
azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada
həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində
fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə
İşçi qrupunun növbəti iclası keçirilir.

İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının
nümayəndələri, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və
Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə
Xidmətlərinin nümayəndələri iştirak edir.




İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların
nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və
yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti,
yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz,
şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud
vəziyyəti və onlardan istifadə perspektivləri, təhlükəsiz bərk
tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və bu sahədə
idarəetmənin təkmilləşdirilməsi haqqında, bu ərazilərdə ekoloji
pozuntuların qarşısının alınması istiqamətində görülən işlər
haqqında iclas iştirakçılarına məlumat veriləcək. İclasda iştirak
edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur
layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan
məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın
gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə
Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası
ilə bağlı məsələlər müzakirə ediləcək.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir