Kənd Təsərrüfatı Nazirliyi ilə sahibkarlar arasında azad olunmuş ərazilərdə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanılıb

Baş səhifə

Bakı. Trend:

45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə
44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektar
torpağın icarəyə verilməsi həyata keçirilir.

Trend xəbər verir ki, bu
barədə Nazirlik məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası
Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının
icrası çərçivəsində işğaldan azad edilimiş ərazilərdə torpaq
idarəçiliyinə dair işlərin görülməsi davam etdirilir.

Cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq
sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq
istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə
6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb. Bu çərçivədə
qeydiyyata alınmış 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş
49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və
nəticədə 48 layihə məqbul hesab edilib. Məqbul hesab edilən
müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan
torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. Bunlardan 1 layihə
intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın
rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları)
intensiv meyvəçilik istiqamətini əhatə edir.




Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə
qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə
müqavilələrinin bağlanılmasına başlanılıb.

Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında
5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya
müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı
fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq,
heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması,
investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva
etməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə
fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi
qərarları qəbul olunacaqdır.

Qeyd edək ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı
fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında
formalaşması Nazirliyin əsas prioritetlərinə daxildir. Bu məqsədlə
icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla
göstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və Aqrar
Subsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyac
meyarları nəzərə alınaraq fərqləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir