Səhnədə ürəyi tutan məşhur müğənni vəfat etdi

Dünya

KK kimi tanınan hindistanlı bəstəkar-müğənni Krişnakumar Kunnath ürək tutmasından dünyasını dəyişib.

Belə ki, Kəlküttə şəhərində konsert verərkən səhnədə vəziyyəti pisləşən müğənni xəstəxanaya aparılarkən yolda keçinib.

Müxtəlif dillərdə oxuyan ifaçının 53 yaşı var idi. Onun ölümü gözlənilməz olub. İfaçının bir oğlu və bir qızı qalıb.

“Onun mahnıları müxtəlif emosiyaları əks etdirir və bütün yaş qruplarından olan insanların diqqətini çəkirdi. Biz KK-nı həmişə bəstələrinə görə xatırlayacağıq”, – deyə Hindistanın Baş naziri Narendra Modi hadisəyə münasibət bildirib.

Mənbə: The Indian Express

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir